Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Nyu-Yorkda yeni görüş keçirilir.
Musavat.com xəbər verir ki, görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkdakı Türk Evində keçirilir və danışıqlar qapalı formatdadır.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edir. Ermənistan tərəfinin yaydığı məlumata görə, danışıqlara Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da qatılıb.
Paşinyan və Ərdoğan bundan əvvəl də Nyu-Yorkda görüşüblər. 2024-cü ildə keçirilən görüş zamanı Türkiyə Prezidenti Ermənistanın baş nazirinə öz kitabını hədiyyə etmişdi.
Paşinyanın sosial şəbəkə hesablarında Ərdoğan və Türkiyənin xarici işlər naziri Hakan Fidanla keçirilən hazırkı görüşdən videogörüntülər də yayımlanıb.
Görüşün detalları barədə hələlik əlavə rəsmi məlumat açıqlanmayıb.
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ