İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan yenə o meymunluğu etdi – Nyu-Yorkdan düşük VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan yenə öz “ənənəsinə” sadiq qalıb. Paşinyan növbəti “meymunluğunu” bu dəfə Nyu-Yorkda nümayiş etdirib.

Musavat.com xəbər verir ki, BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün ABŞ-də olan Paşinyan şəhərdən növbəti video-selfisini paylaşıb.

Əvvəlcə məşhur Hudzon çayı və ətrafdakı mənzərəni lentə alan Ermənistanın baş naziri daha sonra kameranı özünə çevirib. O, əllərini üzünə və başına apararaq qəribə hərəkətlər edib, sonda isə artıq “vizit kartına” çevrilən ürək işarəsini göstərib.

Görünür, Paşinyan üçün səfərin siyasi əhəmiyyətindən daha vacib məqam mütləq özünü çəkmək və sosial şəbəkədə paylaşmaqdır. Haraya gedirsə, kamera qarşısına keçir, video-selfi çəkir və ənənəvi ürək jestini təkrarlayır. Bu davranış artıq onun özünəməxsus “markası”na çevrilib.

Baş nazirin sosial şəbəkə fəallığını bəyənənlər də var, dövlət rəhbərinə yaraşmayan qeyri-ciddi davranış kimi tənqid edənlər də.

Musavat.com Paşinyanın Nyu-Yorkdan paylaşdığı həmin görüntüləri təqdim edir:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR