Onlayn ictimai-siyasi qəzet
Ermənistan müdafiə naziri Suren Papikyan parlamentdə çıxışı zamanı baş nazir Nikol Paşinyanın “yeni sentyabr müharibəsi” bəyanatını dəstəkləyib.
Musavat.com xəbər verir ki, Paşinyan bundan öncə parlamentdə deyib ki, müxalifətin sülhə yenidən baxmaq vədləri yeni sentyabr müharibəsi hazırlanması deməkdir.
Papikyan deyib ki, müxalifətin dediklərindən anlaşılan onların qonşu ölkələrə ərazi iddialarının olmasıdır və bu da birbaşa müharibə şübhəsi yaradır. AzadlıqRadiosunun erməni xidmətinin müxalifətdən kimin ərazi iddialarının, Qarabağ hərəkatının davam etdirilməsi haqqında açıqlama verdiyinə dair nazirə ünvanlandığı suala o, “demək olar ki, hamısı” cavabını verib. Papikyan əlavə edib ki, müxalifətin mövqeyi müharibəyə gətirib çıxaracaq.
Ermənistanda parlament seçkisi iyun ayında baş tutacaq. Seçki öncəsində tərəflər arasında münasibətlər gərgin olaraq qalır. Paşinyan müxalifəti Rusiyadan dəstək almaqda ittiham edir, müxalifət Paşinyanın Qərbin yanına keçməklə ölkəni uğursuz gələcəyə aparmaqda ittiham edir.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ