İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Kremlə MEYDAN oxudu, SENSASİON anons verdi, İrəvanda "artsax" danışıqları BAŞLADI

Qondarma “Artsax” rejiminin “dövlət naziri” olmuş Njde İskəndəryan Ermənistanın 2026-cı il parlament seçkilərindən sonra separatçı qurumun gələcək fəaliyyəti ilə bağlı İrəvandan konkret siyasi mövqe tələb etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” yazıb. İskəndəryanın sözlərinə görə, seçkilərdən sonra Ermənistanda yeni siyasi reallıq formalaşıb və bu reallıq “Artsax” məsələsinə və onun qondarma hakimiyyət orqanlarının fəaliyyətinə münasibətdə də öz əksini tapmalıdır.

Ermənistan Rusiya qazının mümkün bahalaşması fonunda təchizat mənbələrini şaxələndirməyə və alternativ marşrutlar axtarmağa davam edəcək”.

Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.

Hökumət rəhbəri Moskvanın qiymət siyasətindən asılı olmayaraq İrəvanın irihəcmli qaz tədarükü üçün alternativ variantlar axtaracağını vurğulayıb:

“Belə təchizatçıların sayı nə qədər çox olarsa, ölkəmiz üçün bir o qədər faydalıdır. Əgər “Tramp marşrutu” üzrə qaz kəmərinin Ermənistandan keçməsi imkanı yaransa, – hansı ki, bundan həm də tranzit gəliri əldə edə bilərik – biz bu yolla da gedə bilərik”.

TV Musavat-ın saat 12:10-da canlı yayımlanan "Həftə içi" verilişində Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov suallarımızı cavablandırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR