İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Koçaryana CAVAB VERDİ: "Ermənistanda Ararat dağı yoxdur"

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin sabiq prezidenti Robert Koçaryanın “ölkənin milli kimliyin qorunması” barədə açıqlamasına cavab verib.

Musavat.com xəbər verir ki, bu barədə Paşinyan cümə axşamı keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, beynəlxalq səviyyədə tanınmış Ermənistan ərazisində Ararat mövcuddur, lakin bu, dağ deyil:

“Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisində Ararat var. Bu, genişlənmiş Ararat icması və Ararat bölgəsidir. Ararat dağı Ermənistan Respublikasında mövcud deyil. Əgər siz bunu görməmisinizsə və biz də görməmişiksə, bu yalnız bir şeyi göstərir – dövlət anlayışı ilə dövlətin olmaması anlayışı arasında sərhəd qoyulmayıb”, – deyə baş nazir bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi komanda bu demarkasiyanı həyata keçirib, çünki “biz bir dövlətik - Ermənistan Respublikası”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR