İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan daha bir rəqibini həbsə yollayır

7 iyun seçkilərində hakim “Mülki müqavilə” partiyasına, onun liderinə qarşı mübarizə aparan revanşistlərdən daha biri həbs olunmaq üzrədir.

Musavat.com-un məlumatına görə, Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasına “Çiçəklənən Ermənistan”ın rəhbəri Qaqik Sarukyana qarşı cinayət işinin başlanmasına razılıq verilməsi üçün vəsatət təqdim edib. Bu barədə erməni mediasına baş prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Prokurorluq sözügedən prosesin dəqiq xarakterini açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl rəhbərlik etdiyi partiyası seçkilərdə baryeri aşa bilməyən Sarukyanın ölkəni tərk etməsinə də icazə verilməmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR