İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan bazar günü Eçmiədzində olmayacaq

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 25-də jurnalistlərlə söhbətində bildirib ki, bu bazar günü tərəfdarları ilə birlikdə Eçmiədzinə getməyi planlaşdırmır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, həmin gün Qarni kəndində yerləşən kilsədə keçiriləcək liturgiyada iştirak edəcək. Baş nazir bu mövzu ilə bağlı ayrıca formatda əlavə açıqlama verəcəyini də qeyd edib.

Paşinyan, həmçinin Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin arxiyepiskop Ezras Nersisyanla bağlı yaydığı məlumatlara münasibət bildirərək deyib ki, bu məsələyə əlavə edəcəyi heç nə yoxdur. Onun sözlərinə görə, hökumətin mövqe bildirməsinə ehtiyac yaranarsa, bu barədə rəsmi açıqlama veriləcək.

Xatırladaq ki, daha əvvəl MTX hakimiyyətə yaxın Civic.am nəşrinə açıqlamasında mövcud məlumatlara əsasən arxiyepiskop Ezras Nersisyanın 1986–1988-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) ilə əməkdaşlıq etdiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR