Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası öz işinə başlayıb.
Musavat.com-un məlumatına görə, iclasın gündəliyinə 9 məsələnin müzakirəsi təklif olunub.
Deputatlar əvvəlcə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsini birinci oxunuşda müzakirəyə çıxaracaqlar.
İclasda maliyyə naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər səlahiyyətli şəxslər iştirak edir.
Spiker Sahibə Qafarova giriş nitqində Milli Qurtuluş Günü ilə bağlı çıxış edib.
E.Paşasoy,
Musavat.com
12 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ