İnsanlara hürriyət, millətlərə istiqlal!

Panamadan keçid haqqı rekord həddə çatdı

Panama kanalından keçid haqqı rekord həddə - 1,1 milyon dollara çatıb.

Musavat.com Financial Times qəzetinə istinadən xəbər verir ki, bu, kanaldan istifadə edənlərin hədsiz çoxalması ilə bağlıdır:

"Panama Kanalının tez-tez istifadə olunan şlüzlərindən keçid üçün gündəlik hərraclarda keçid haqqı bu ay orta hesabla təxminən 1,1 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü üçün orta qiymətdən 16 dəfə çoxdur".

Qeyd olunur ki, qiymət artımı El-Ninyo cərəyanının güclənməsi səbəbindən suyun səviyyəsinin düşməsi və ABŞ ilə İran arasındakı münaqişədən sonra Hörmüz boğazının bağlanması səbəbindən bu kanala tələbatın artması ilə əlaqədardır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR