Onlayn ictimai-siyasi qəzet
Keçirdiyi ürək tutması səbəbilə bir müddət əvvəl reanimasiyaya yerləşdirilən şou-biznes dünyasının tanınmış simalarından olan Fatih Ürəkdən acı xəbər gəlib. Reanimasiya şöbəsində müalicə olunan Fatih Ürək həyatını itirib.
Fatih Ürək 15 oktyabr 2025-ci il tarixində evində qəfil ürək tutması keçirərək xəstəxanaya çatdırılıb. Təxminən 20 dəqiqə ürəyi dayanan sənətçi həkimlərin səyləri nəticəsində yenidən həyata qaytarılsa da, təxminən üç ay davam edən reanimasiya mübarizəsini uduzub.
Özünəməxsus rəqsləri, səs-küyə səbəb olan televiziya proqramları və illər əvvəl keçirdiyi mədə kiçiltmə əməliyyatından sonra yaşadığı böyük dəyişikliklə yadda qalan Fatih Ürəkin həyat hekayəsi, göründüyündən daha dərin və zəhmət dolu bir keçmişə söykənir.
Fatih Ürək kimdir? Neçə yaşında idi, haralıdır?
Fatih Ürək 3 aprel 1966-cı ildə Erzurumda, məmur ailəsində dünyaya gəlib. 2026-cı il etibarilə 60 yaşında idi. Uşaqlıq illərində ailəsi ilə birlikdə Bursaya köçən Ürek sənət həyatına cəmi 15 yaşında Bursa Dövlət Teatrında statist kimi başlayıb.
Gənc yaşlarından səhnəyə qədəm qoyan Fatih Ürək illər ərzində həm müğənni, həm də televiziya aparıcısı kimi geniş tamaşaçı auditoriyası qazanıb. Onun enerjili səhnə performansı, əyləncəli xarakteri və güclü səsi daim diqqət mərkəzində olub. Uzun illər televiziya ekranlarında müxtəlif əyləncə proqramlarının aparıcısı kimi çıxış edən sənətçi şou dünyasında özünəməxsus üslubu ilə seçilib.
Bir dövr artıq çəkidən əziyyət çəkən Fatih Ürək 2015-ci ildə mədə kiçiltmə əməliyyatı keçirərək təxminən 30 kiloqram çəki itirmiş, həm sağlamlığını, həm də imicini yeniləmişdi. O, bu prosesi tamaşaçıları ilə açıq şəkildə bölüşmüşdü.
Fatih Ürəkin musiqi karyerası və albomları
Fatih Ürek musiqi karyerasına 1990-cı illərdə başlayıb və qısa müddətdə böyük populyarlıq qazanıb. Onun ən məşhur mahnıları arasında “Sus”, “Hadi Hadi”, “Hayde” və “Afra Tafra” yer alır.
Sənətçinin önəmli albomları bunlardır:
Yaktı Yaktı (1993)
Sen İki Gözümsün (1995)
Sus (2008)
Hala Hala (2009)
Alırım Aklını (2010)
Hayde (2011)
Altın Çağ (2015)
Gelin Görümce (2024, EP)
Könül
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ