İnsanlara hürriyət, millətlərə istiqlal!

Overçukdan Azərbaycan və Ermənistana TƏHDİD

"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" layihəsinin icrasına dair sazişin imzalanması Cənubi Qafqazda regional balansı pozub.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk TASS agentliyinə verdiyi müsahibəsində bildirib.

Overçukun sözlərinə görə, bu imzalar daha dərin proseslərə təkan verib:

"Problem ondadır ki, bu razılaşmalar 1828-ci ildə imzalanmış Türkmənçay sülh müqaviləsindən bəri mövcud olan regional balansı pozub".

Baş nazirin müavini qeyd edib ki, Rusiyanın üçtərəfli işçi qrupundakı iştirakı Ermənistanın suverenliyi, yurisdiksiyası, ərazi bütövlüyü və iqtisadi maraqlarını nəzərə almaqla, bütün tərəflərin maraqlarını tarazlaşdırmağa imkan verirdi.

"Azərbaycan konstruktiv mövqe nümayiş etdirirdi. Həmin vaxt artıq Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə bazarların qarşılıqlı açılması barədə danışıqlar aparan İran İslam Respublikası da amerikalıların Arazın şimal sahilinə dəvət edilməsinin yaratdığı təhdidlərlə üzləşməmişdi", - deyə o vurğulayıb.

Overçuk sonda əlavə edib ki, kommunikasiyaların açılması üzrə danışıqlar prosesində Rusiyanı görmək istəməmək "böyük səhv" idi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR