İnsanlara hürriyət, millətlərə istiqlal!

ORDUDA ŞOK "STARLİNK" ZƏRBƏSİ: Rus hərbçilər rabitəsiz qaldı – "Kömək edin, idarəetmə itib"

Ukraynadakı hərbi əməliyyatlarda Rusiya ordusu gözlənilməz texnoloji fəlakətlə üzləşib.

Musavat.com xəbər verir ki, "Starlink" peyk internet terminallarının kütləvi şəkildə bloklanması rus ordusunda idarəetməni tamamilə iflic edib.

Vəziyyət o dərəcədə kritikdir ki, "Voyenkorı russkoy vesnı" teleqram kanalı orduya adi rasiyaların alınması üçün xalqdan təcili 8,5 milyon rubl yığmağa başlayıb. Cəbhədən gələn görüntülərdə rus əsgərləri açıq şəkildə "Rabitəsiz qalmışıq, heç bir əlaqə yoxdur!" deyərək fəryad edirlər.

Ekspertlər bildirir ki, peyk rabitəsinin kəsilməsi Rusiya qoşunlarının koordinasiyasını sıfıra endirib və bu, cəbhədə irimiqyaslı geriçəkilmələrə yol aça bilər. Dünyanın ən böyük ordularından birinin adi rasiya ümidinə qalması hərbi dairələrdə rüsvayçılıq kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR