Onlayn ictimai-siyasi qəzet
"Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyindən ordu quruculuğunda işlərin aparılması, onun taktiki və strateji hərəkətləri, yeni qoşun növlərinin yaradılması, bunların təminatı, təchizatı yeni baxışlar tələb edir".
Musavat.com bildirir ki, bunu komitə sədri Siyavuş Novruzov parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ali Baş Komandanın rəhbərliyi altında bu addımlar ardıcıl olaraq atılır:
"Yeni silah növləri ilə, yeni texnika ilə təmin olunması bu günün tələblərinə uyğun olaraq aparılır. Və buna uyğun olaraq da kadrların yetişdirilməsi, peşəkar ordu formalaşdırılması istiqamətində zərurət yaranıb. O baxımdan da, qanunvericiliyə üç hərbi xidmət haqqında qanununa dəyişiklik edilməsi, xüsusən də hərbçilərin sosial təminat məsələlərini nəzərdə tutur".
Deputat hesab edir ki, biz indi də olmasa, gələcəkdə müxtəlif qanunları qəbul etməliyik:
"Bilirsiniz ki, dünyanın bir çox ölkəsi artıq NATO standartlarına uyğunlaşdırılır. Azərbaycan da NATO ilə əməkdaşlıq edir, NATO-nun 400-dən artıq proqramında Azərbaycan hərbi hissəsi iştirak eləyib. Və bunun nəticəsi olaraq da bu proqramlarda iştirak etdikcə ordu strukturunun da NATO standartlarına cavab verən struktura uyğunlaşması addımları atılır. Artıq zamanı çatıb ki, müəyyən məsələlərə diqqət yetirilməlidir. Vaxtilə ərazimiz işğalda idi, ona görə də biz ümumi səfərbərlikdən istifadə, ümumi hərbi çağırışdan istifadə olunurdu və digər alternativ xidmətlərlə bağlı bizdə müvafiq qərarlar yoxdur. Hesab edirəm ki, orduda üç əsas yanaşma: ümumi çağırış, alternativ hərbi xidmət və alternativ xidmət. Yəni hərdən alternativ hərbi xidmətlə alternativ xidməti qarışdırırlar, bunlar tamam başqa-başqa şeylərdir. Bu üçünə keçid artıq baş verməlidir. Tədricən biz alternativ hərbi xidmətə keçilməlidir. Müqavilə əsasında peşəkar ordunun yaradılması istiqamətində, əsasən də komando və digər sahələrdə xüsusi təyinatlılarla bağlı bu addımlar atılır".
E.Paşasoy,
Musavat.com
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ