Aktyor Onur Tuna ilə bağlı aparılan narkotik maddə araşdırmasında yeni detallar üzə çıxıb.
Musavat.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Bakırköy Respublika Prokurorluğunun məşhurlara qarşı başladığı genişmiqyaslı istintaq çərçivəsində aktyordan götürülən qan və saç nümunələrinin nəticələri açıqlanıb.
Məlumata əsasən, Onur Tunanın analiz cavabları pozitiv çıxıb. Adli Tibb Qurumunda aparılan ekspertiza zamanı onun nümunələrində marixuananın əsas təsiredici maddəsi hesab olunan THC aşkarlanıb. Eyni istintaq çərçivəsində daha iki şəxsin test nəticələrinin də pozitiv olduğu bildirilib.
Xatırladaq ki, may ayında həyata keçirilən əməliyyat zamanı Onur Tuna da daxil olmaqla bir sıra tanınmış şəxslər ifadə vermək üçün saxlanılmış, daha sonra isə sərbəst buraxılmışdılar. Araşdırma davam edir.
ŞƏRHLƏRŞƏRH YAZ