Onlayn ictimai-siyasi qəzet
Oman sahillərində neft tankerinə hücum edilib və o zədələnib.
Musavat.com xəbər verir ki, məlumat Böyük Britaniya Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) açıqlamasında yer alıb: "UKMTO Omanın Əş-Şişah şəhərindən 9 dəniz mili şimal-şərqdə baş verən hadisə barədə məlumat alıb. Neft tankerinin kapitanı gəminin naməlum mərmi ilə vurulduğunu, mühərrik otağına ziyan dəydiyini və hərəkətsiz qaldığını bildirib".
UKMTO-nun məlumatına görə, heyət təhlükəsizlikdədir və ətraf mühitə təsir barədə heç bir məlumat yoxdur.
Gəminin adı və əsas limanı da daxil olmaqla əlavə məlumat verilməyib.
Musavat.com
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ