Onlayn ictimai-siyasi qəzet
Oman sahillərində yük gəmisinə atəş açılıb.
Musavat.com xəbər verir ki, məlumatı Böyük Britaniya Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) yayıb: "UKMTO, Omanın Xasab şəhərindən 20 dəniz mili şimal-şərqdə baş verən hadisə barədə məlumat alıb. Yük gəmisinin naməlum mərmi ilə vurulduğu bildirilib".
Mərkəz yaxınlıqdakı gəmilərin heyətlərinə ehtiyatlı olmağı və ərazidə hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.
Qeyd edək ki, son günlərdə belə hallar bir neçə dəfə baş verib. Gəmilərin İran tərəfindən vurulduğu heç kimdə şübhə doğurmasa da, Tehran bununla bağlı məlumatları təkzib edir.
Musavat.com
05 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ