Onlayn ictimai-siyasi qəzet
Müğənni Fədayə Laçın ötən gün 50 illik yubileyini təmtəraqlı şəkildə qeyd edib.
Gecədə qonaqlar arasında Əməkdar artist Elza Seyidcahan da olub. Sənətçi oğlu Ələkbərin Fədayə Laçının sənətini sevməsindən danışıb.
Elza bildirib ki, oğlu hələ 10 yaşında olarkən Fədayə Laçına sponsorluq etmək istədiyini deyib:
“Oğlumun 10 yaşı var idi. Deyirdi ki, böyüyəndə iş adamı olsam, Fədayə Laçına sponsorluq edəcəyəm. O, çox oxusun”.
Seyidcahan F. Laçına sənət fəaliyyətini davam etdirməyi də bildirib:
“Həyatda keşməkeşli anlar olur. Bu, bir sınaqdır. İnsanları, özünü, həyatı tanıyırsan. Bəstəkar mahnıları oxu. Tək toylarda yox, səhnələrdə də oxu”. (Axşam.az)
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ