Onlayn ictimai-siyasi qəzet
Mövsüm finalında yaşanan ayrılıqlarla gündəmə gələn "Uzak Şehir" serialı yeni mövsüm öncəsi aktyor heyətini gücləndirməyə davam edir. Layihənin yeni mövsümündə tanınmış türk aktyoru Mustafa Avkıran da rol alacaq.
Avqust ayında çəkilişlərinə yenidən başlanılması planlaşdırılan serialın çəkilişləri Mardində aparılır. Məlumata görə, Mustafa Avkıran ekran işində "Kartal" adlı yeni və sürpriz bir obrazı canlandıracaq.
Qeyd edək ki, mövsüm finalında Burç Kümbetlioğlu, Alper Çankaya, Ferit Kaya və Ceren Moray serialla vidalaşmışdı. Bundan əvvəl isə Onur Özaydın da layihənin aktyor heyətinə qoşulmuşdu.
Yeni transferlərlə "Uzak Şehir" serialının yeni mövsümdə tamaşaçılara hansı hadisələri təqdim edəcəyi maraqla gözlənilir.//Demokrat.az

04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ