İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nüvə bombaları İsraili məhv etmək üçün idi"-Benyamin Netanyahudan sensasion AÇIQLAMA

İsrailin Baş naziri Benyamin Netanyahu Tehran rəhbərliyinin ölkəsinə qarşı hazırladığı nüvə və hərbi strategiyası ilə bağlı kəskin bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, İsrail hökumətinin rəhbəri İranın əsas məqsədinin İsrail dövlətini varlığına son qoymaq olduğunu bildirib.

Netanyahu öz bəyanatında vurğulayıb: "İranın hazırladığı nüvə bombaları birbaşa bizim dövlətimizi məhv etmək, onu yer üzündən silmək məqsədi daşıyırdı. İranın planı məhz bundan ibarət idi. Lakin biz vahid gücümüz və qətiyyətli hərbi addımlarımız sayəsində bu planı tamamilə darmadağın etdik".

İsrail Baş naziri ölkəsinin təhlükəsizliyini təmin etmək üçün bundan sonra da regionda İranın təhdidlərinə və nüvə ambisiyalarına qarşı barışmaz mövqe nümayiş etdirəcəklərini bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR