Onlayn ictimai-siyasi qəzet
Norveçin 89 yaşlı kralı V Harald İspaniyanın Tenerife adasında infeksiya və susuzlaşma səbəbindən xəstəxanaya yerləşdirilib.
Musavat.com xəbər verir ki, onun səhhəti ilə bağlı məlumatı Norveç kral sarayı açıqlayıb:
"Əlahəzrət Kral bu axşam Tenerifedəki Sur Universitet Xəstəxanasına aparılıb. Kral infeksiya və susuzlaşma səbəbindən müalicə olunur və vəziyyətinin yaxşı olduğu bildirilir".
Monarxın şəxsi həkimi artıq onun müalicəsinə kömək etmək üçün İspaniya adasına səfər edib. Kral ailəsi qış tətilini Tenerifedə keçirir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ