Onlayn ictimai-siyasi qəzet
"Atam 59 yaşında dünyasını dəyişmişdi. Anam isə çox faciəli şəkidə vəfat etdi. Onun ən böyük arzusu idi ki, "Xalq artisti" fəxri adını alım. Həmişə deyirdi ki, "Neçə illərdir Əməkdar artistsən, sənə nə vaxt Xalq artisti adını verəcəklər?"
Bu sözləri Xalq artisti Həmidə Ömərova "Xəzər axşamı" verilişində deyib.
Sənətçi fəxri ada layiq görüldüyü gün yaşadığı faciədən danışıb:
"Anam Altsheymer xəstəliyindən əziyyət çəkirdi. Mən də bu şad xəbəri ona vermək istəyirdim. Hamı təbrik üçün zəng edirdi, amma həmin gün anam itdi. Buzovnada bağda idi, avtobusa minib getmişdi. Onu üç gün axtardıqdan sonra tapdım. Bu üç gün ərzində çox qocaldım və arıqladım. Çünki axtarırsan, bilmirsən ki, sağdır ya yox". (Axşam.az)
27 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ