İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahudan iddialı hədəf: "İsrail dünyada üçüncü böyük dövlət olacaq"

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsini yaxın beş il ərzində süni intellekt sahəsində dünyanın aparıcı dövlətlərindən birinə çevirmək niyyətində olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, İsrail hökumətinin rəhbəri bu barədə çıxışı zamanı iddialı planlarını açıqlayıb.

Netanyahu öz çıxışında qarşıya qoyduğu əsas məqsədi diqqətə çatdırıb: "Mən öz qarşıma məqsəd qoyuram: beş il ərzində biz süni intellekt sahəsində üçüncü böyük dövlət olacağıq. Birləşmiş Ştatlar var, Çin var — bunlar kiçik ölkələr deyil, lakin mən İsrailin üçüncü dövlət olmasını istəyirəm və Tanrının köməyi ilə bu, reallaşacaq".

İsrail baş nazirinin bu bəyanatı ölkənin texnoloji sektorunun inkişafı və qlobal süni intellekt yarışında ABŞ və Çinlə birgə ön sıralarda yer almaq strategiyasının göstəricisi kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR