İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəriman Həsənzadə ilə bağlı ÜZÜCÜ XƏBƏR

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır.

Bu barədə Musavat.com-a onun köməkçisi Arif Mehmandost məlumat verib.

O bildirib ki, hər gün şairə baş çəkir və vəziyyəti ilə maraqlanır:

“Bir müddət öncə vəziyyətində yaxşılaşmağa doğru irəliləyiş var idi. Ancaq yenidən səhhəti pisləşib. Hər gün ona baş çəkirəm. Hələlik səhhətində nəzərəçarpacaq yaxşılaşma yoxdur. Həkimlər də, ailəsi də gözləyir”.

Qeyd edək ki, Nəriman Həsənzadə Mərkəzi Klinikada müalicə alır. O, xroniki orqan çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə yerləşdirilib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR