Onlayn ictimai-siyasi qəzet
Venesuelanın La Quayra ştatının sahil xəttində yerləşən nəhəng "Hotel Eduard" hoteli baş verən güclü zəlzələ nəticəsində uçub.
Musavat.com xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, çoxmərtəbəli binadan geriyə yalnız giriş hissəsi salamat qalıb.
Venesuela Milli Assambleyasının (parlament) sədri Xorxe Rodrigez telekanala açıqlamasında La Quayrada ümumilikdə 15-ə yaxın binanın çökdüyünü bildirib. Parlament rəhbəri yeraltı təkanlardan ən çox zərər çəkən bölgənin məhz bu ştat olduğunu əlavə edib.
Çərşənbə günü axşam saatlarında Venesuelada 7,2 və 7,5 maqnitudalı iki ardıcıl zəlzələ baş verib. Təkanların episentri ölkənin Yaraki ştatında, bir-birindən cəmi 10 kilometr məsafədə qeydə alınıb. Venesuela prezidenti Delsi Rodriqezin sözlərinə görə, təbii fəlakət nəticəsində azı 32 nəfər həyatını itirib, 700 nəfər yaralanıb, onlarla bina isə tamamilə dağılıb.
Musavat.com
27 Iyun 2026
26 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ