İnsanlara hürriyət, millətlərə istiqlal!

"Neftçi" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycan təmsilçisi "Neftçi" Belarusun "Dinamo" (Minsk) komandası ilə cavab oyununa çıxıb.

Musavat.com xəbər verir ki, Beroe şəhər stadionunda keçirilən qarşılaşmada "ağ-qaralar" 1:0 hesablı minimal qələbə qazanıblar. Matçda yeganə qolu 13-cü dəqiqədə Breno Almeyda vurub.

Səfərdəki qələbəyə baxmayaraq, "Neftçi" ilk görüşdə rəqibinə 2:4 hesabı ilə uduzduğu üçün iki oyunun nəticəsinə görə mübarizəni dayandırıb.

***

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Dinamo" (Minsk, Belarus) - "Neftçi" cavab qarşılaşmasında ilk qol vurulub.

Beroe şəhər stadionunda keçirilən oyunda Azərbaycan təmsilçisi hesabda irəli çıxıb — 1:0. Matçın 13-cü dəqiqəsində "Neftçi"nin futbolçusu Breno Almeyda fərqlənib.

Görüşü şimali irlandiyalı FIFA referisi Tim Marşal idarə edir.

Qeyd edək ki, komandalar arasında Bakıda baş tutan ilk görüşdə Belarus təmsilçisi 4:2 hesablı qələbə qazanmışdı.

21:00***

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR