Onlayn ictimai-siyasi qəzet
"Neftçi" Azərbaycan Premyer Liqasının cari mövsümünün ilk 5 turunda ən məhsuldar komanda olub.
15 dəfə rəqib qapılarına yol tapan "ağ-qaralar"ın orta məhsuldarlığı 3,00-ə bərabərdir.
Bu, Premyer Liqada son 12 mövsümün rekordunun təkrarıdır. 2016/2017 mövsümündə "Qəbələ" ilk 5 matçında 15 qola sevinib.
Daha yüksək məhsuldarlıq isə sonuncu dəfə 2014/2015 mövsümündə qeydə alınıb. Həmin vaxt "İnter" (indiki "Şamaxı") 16 qola sevinib.
"Neftçi" özünün XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb. Bakı klubu sonuncu dəfə 2000/2001 mövsümündə daha çox qol vurub. Ötən əsrə təsadüf edən son startda paytaxt təmsilçisi 5 oyunda 17 qol vurub. (sportinfo.az)
17 Sentyabr 2026
16 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ