Onlayn ictimai-siyasi qəzet
Müğənni Nadir Qafarzadə ailəsi ilə bağlı paylaşımıyla izləyicilərinin diqqətini çəkib.
Musavat.com xəbər verir ki, sənətçi bu dəfə öz adını daşıyan nəvəsi ilə birgə çəkdirdiyi fotoları sosial şəbəkə hesabında yayımlayıb.
Paylaşım qısa zamanda izləyicilərin marağına səbəb olub və çoxsaylı bəyənmələr toplayıb.
Nadir Qafarzadə nəvəsi ilə səmimi görüntülərini paylaşaraq fotoya zarafatla "Bunun televizora baxmağı məni öldürdü" sözlərini qeyd edib. Balaca Nadirin televizora böyük maraq göstərməsi izləyicilər tərəfindən də gülüşlə qarşılanıb.
Qeyd edək ki, Nadir Qafarzadənin adını daşıyan nəvəsi müğənninin oğlu Əzizin övladıdır. Sənətçinin digər oğlu Loğmanın da bir övladı var. Müğənni zaman-zaman ailə üzvləri və nəvələri ilə bağlı paylaşımlar edərək şəxsi həyatından maraqlı məqamları izləyiciləriylə bölüşür.
Könül
Musavat.com

12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ