Onlayn ictimai-siyasi qəzet
"Moskva aeroportunda həyatımın şokunu yaşadım, azərbaycanlılar mənə kömək etdi".
Musavat.com xəbər verir ki, bu barədə müğənni Nadir Qafarzadə məlumat verib. Müğənninin sözlərinə görə, ötən gün Moskva aeroportunda ona təyyarəyə minməyə icazə verilməyib: "Moskvada başıma iş gəldi. Aeroporta gələndə mənə dedilər ki, təyyarə böyük imiş, sonradan onu kiçik təyyarə ilə əvəz ediblər və mən həmin təyyarə ilə uça bilmərəm.
Böyük stress yaşadım. Çünki axşam saat 7-də Bakıda toy məclisində olmalı idim. Stressdən hətta ağladım. Düşünürdüm ki, nə edim? İnsanlara söz vermişəm, onların toyunda iştirak etməliyəm. Mənə burada Bakıdan və Neftçaladan olan azərbaycanlılar kömək etdilər. Su verdilər, sona qədər mənə dəstək oldular və bu məsələnin həllinə çalışdılar.
Sonradan aviaşirkət məndən üzr istədi və məni başqa aeroporta göndərdi. Bir azdan Bakıya uçacağam.Bir daha əmin oldum ki, azərbaycanlılar dünyanın hər yerində bir-birinin yanındadırlar. Əlbəttə ki, söhbət yaxşı insanlardan gedir".
Xalidə,
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ