İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifəti dəstəklədi, indi kafedrası bağlanır

Ermənistanda universitet qərarı ətrafında siyasi qalmaqal yaranıb.

Musavat.com xəbər verir ki, İrəvan Dövlət Universitetinin Xarici Ədəbiyyat kafedrasının bağlanacağı ilə bağlı məlumat yayılıb.

“Qraparak” nəşrinin məlumatına görə, kafedraya rəhbərlik edən müxalif siyasətçi Anuş Sedrakyan qərarın siyasi motivli olduğunu bildirib.

Sedrakyan son parlament seçkilərində müxalif “Birlik Qanadları” partiyasının siyahısı ilə namizəd olub və hakimiyyəti tez-tez tənqid edib. Onun sözlərinə görə, məhz bu səbəbdən İrəvan Dövlət Universitetində fəaliyyət göstərən ən qədim kafedralardan birinin fəaliyyətinə son qoymaq qərarı verilib.

Müxalif siyasətçi bunu siyasi təzyiq və qisas cəhdi kimi qiymətləndirib.

Universitet rəhbərliyi və rəsmi qurumlar məsələ ilə bağlı hələlik açıqlama verməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR