İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllimlərə QADAĞALAR 

Müəllimlərə sosial media hesablarında iş yerinin nüfuzunu aşağı salan səs və videolar paylaşmaq, eləcə də təhsil müəssisəsinin ərazisində siqaret çəkmək qadağan edilib.

Musavat.com xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi bildirib.

EFENDİ.jpg (31 KB)

Qeyd edək ki, Bakı şəhəri 25, 81 və 203 nömrəli tam orta məktəblərdə aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb və sözügedən təhsil müəssisələrinin direktorları vəzifələrindən azad edilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Elm və Təhsil Nazirliyinin rəsmi qəzetinə bildirilib ki, yoxlamalar zamanı 25 nömrəli tam orta məktəbdə şagird davamiyyətinin zəif olduğu, dərnəklərin fəaliyyətinin düzgün təşkil edilmədiyi və məktəb sənədlərinin qaydalara uyğun tərtib olunmadığı müəyyən edilib. Eyni zamanda texniki işçinin əməkhaqqından digər işçilərə ödəniş verildiyi aşkarlanıb.

81 nömrəli tam orta məktəbdə dərsə davamiyyətin zəif olması, dərnəklərin tədris edilmədiyi, zəruri dərs saatlarının bölünmədiyi, fərdi təhsilin düzgün aparılmadığı məlum olub. Məktəbdə eyni zamanda kiçik xidmətedici işçilərin öz vəzifələrini icra etmədikləri, təsərrüfat işləri üzrə direktor müavininin uzun müddət onnun tabeliyində gözətçi işlədiyi aşkar edilib.

203 nömrəli tam orta məktəbdə aparılan yoxlamalara gəlincə, müəyyən edilib ki, dərsdənkənar məşğələlər düzgün təşkil edilməyib, məktəb sənədləri qaydasında deyil. Həmçinin təsərrüfat işləri üzrə direktor müavininin həyat yoldaşının onun tabeçiliyində ocaqçı vəzifəsində çalışdığı, texniki işçilərin gündəlik davamiyyətinin olmadığı və təhsil müəssisəsində repetitorluq fəaliyyətinin olduğu müəyyənləşdirilib.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR