Onlayn ictimai-siyasi qəzet
Rusiya ilə Ermənistan arasında siyasi münasibətlərin gərgin olaraq qaldığı bir vaxtda Moskva təhsil sahəsində İrəvanla əməkdaşlığı davam etdirir.
Musavat.com xəbər verir ki, sentyabr ayından etibarən Ermənistanın təxminən 200 abituriyenti Rusiya ali məktəblərində dövlət hesabına təhsil almağa başlayacaq.
Bildirilib ki, qəbul olunanlar arasında ən çox tələbat olan ixtisaslar tibb, iqtisadiyyat və beynəlxalq münasibətlərdir.
Rusiyanın ayırdığı kvota çərçivəsində tələbələr bakalavriat, magistratura və sonrakı təhsil mərhələləri də daxil olmaqla ümumilikdə 12 ilədək ödənişsiz təhsil ala biləcəklər.
Rus Evinin təşkil etdiyi görüşdə çıxış edən Rusiyanın Ermənistandakı Rossotrudniçestvo nümayəndəliyinin rəhbəri Vadim Fefilov bu seçimin gənclərin gələcək uğurları üçün etibarlı başlanğıc olacağına əminliyini ifadə edib.
Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri Aleksandr Novikov isə bildirib ki, bu seçim tələbələrin gələcək uğurlarına mühüm töhfə verəcək.
Musavat.com
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ