Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın Kyuşu adasında ABŞ-nin "Typhon" orta mənzilli yerüstü raket komplekslərinin yerləşdirilməsi ilə bağlı Tokioya rəsmi etiraz notası təqdim edib.
Musavat.com xəbər verir ki, Rusiya diplomatik korpusu bu addımı qətiyyətlə pisləyib və sözügedən silahların dərhal ərazidən çıxarılmasını tələb edib.
Rusiya XİN-dən bildirilib ki, ABŞ-yə məxsus raket sistemlərinin Rusiyanın Uzaq Şərq sərhədlərinin birbaşa yaxınlığında peyda olması ölkənin milli təhlükəsizliyinə birbaşa təhdid yaradır və bütün Asiya-Sakit okean regionunda gərginliyi artırır. Moskva xəbərdarlıq edib ki, yaranan təhlükəsizlik risklərini neytrallaşdırmaq üçün cavab xarakterli hərbi-texniki tədbirlər görmək hüququnu özündə saxlayır.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ