İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada bütün universitetlər TƏCİLİ boşaldılır, Putin iclas ÇAĞIRDI

Moskvanın ali təhsil müəssisələrində kütləvi təxliyə həyata keçirilib. Tələbələr və heyət ən azı altı təhsil müəssisəsindən təcili çölə çıxarılıb.

Musavat.com xəbər verir ki, təxliyə prosesi Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetini, QİTİS-i (Rusiya Teatr Sənəti İnstitutu), Dövlət Maarif Universitetini və Moskva İdman və Turizm Universitetini (MGU SİT) əhatə edib.

QİTİS-in binasına bomba qoyulması barədə daxil olan anonim məlumatdan sonra həyəcan siqnalı verilib, digər ali məktəblərdəki təxliyənin dəqiq səbəbləri isə hələlik açıqlanmır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi xidmət orqanları cəlb olunub. Təxliyə prosesi və daxil olan xəbərdarlıqlarla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirib. Kremlin mətbuat xidməti məlumat yayıb. Müşavirə zamanı ictimai təhlükəsizliyə qarşı təhdidlərin neytrallaşdırılması məsələləri müzakirə olunub.

TV Musavat-ın “Həftə içi” verilişində siyasi ekspert Elçin Xalidbəyli ilə gündəmi müzakirə edirik.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR