Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi vətəndaşlarını Almaniyaya səfər etməməyə çağırıb.
Rəsmi izah kimi Almaniyada “həmvətənlərin təqib edilməsi” göstərilib. Lakin yayımlanan xəbərdarlığın vizual müşayiəti daha çox diqqət çəkib: paylaşım Reyxstaq binasının bombalanmış tarixi fotosu ilə təqdim olunub. Bu isə bir çoxları tərəfindən açıq “təkrarlaya bilərik” mesajı kimi qiymətləndirilib.
Putinə müxalif media qurumları isə bildirirlər ki, bəyanatla reallıq arasında ciddi ziddiyyət var. Qeyd olunur ki, Almaniyaya səfər əksər ruslar üçün onsuz da əlçatmazdır: vizalar bahadır, prosedurlar isə uzun və qeyri-müəyyəndir. Onların fikrincə, Moskva doğrudan da “vətəndaşlarını qorumaq” niyyətindədirsə, Almaniyada yaşayıb yerli maaşla dolanan, eyni zamanda ev sahibliyi edən ölkəni açıq şəkildə təhqir edən “patriotları” geri çağırmalıdır.
Bu “təhlükəsizlik xəbərdarlığı” fonunda əlavə bir addımın da məntiqli olacağı vurğulanır. Antikremlçi dairələr bildirir ki, Berlinin mərkəzində hələ də fəaliyyət göstərən “Rus Evi”nin bağlanması və ya boşaldılması Avropa üçün az da olsa yüngüllük yaradardı. Sanksiyalara baxmayaraq həmin mərkəzin fəaliyyətini davam etdirməsi isə təəccüb doğurur.
Musavat.com

04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ