Onlayn ictimai-siyasi qəzet
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) bir sıra Avropa hökumətlərini Rusiyanın Aralıq dənizindəki kommersiya gəmilərindən pilotsuz uçuş aparatları (PUA) buraxaraq İspaniya, Fransa və İtaliyadakı hədəflərə zərbələr endirə biləcəyi barədə xəbərdar etdiyi bildirilir.
Musavat.com xəbər verir ki, bu barədə İspaniyanın “El Mundo” qəzeti Litva Müdafiə Nazirliyinə yaxın mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, belə bir əməliyyat Rusiyanın nəzərdən keçirdiyi mümkün ssenarilərdən biridir. Bununla belə, sözügedən iddia hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Məlumata görə, mümkün əməliyyat zamanı “Gerbera” tipli PUA-ların adi kommersiya gəmilərindəki konteynerlərdə gizlədilməsi və beynəlxalq sulardan buraxılması nəzərdən keçirilə bilər. Litva Müdafiə Nazirliyinə yaxın mənbə belə bir üsulun texniki baxımdan mümkün olduğunu bildirib.
“Gerbera” PUA-ları 600 kilometr məsafə qət edə bilir
Xəbərdə adı çəkilən “Gerbera” tipli PUA-nın təxminən 2 metr uzunluğa, 2,5 metr qanad açıqlığına və 18 kiloqram çəkiyə malik olduğu bildirilir. Onun uçuş məsafəsinin şəraitdən və daşıdığı yükdən asılı olaraq 600 kilometrə, maksimal sürətinin isə saatda 160 kilometrə çata bildiyi qeyd olunur.
Mənbələrin iddiasına görə, bu PUA-lardan mümkün hücumlarda hava limanlarının fəaliyyətinin müvəqqəti dayandırılması, hərbi və digər infrastruktur obyektlərinə zərər vurulması, eləcə də yanğınların törədilməsi məqsədilə istifadə oluna bilər.
Rusiya “kölgə donanması”ndan istifadə edə bilər
MKİ-yə aid edilən xəbərdarlıq Rusiyanın neft ixracında istifadə etdiyi və Qərb sanksiyalarından yayınmaq məqsədilə yaradıldığı bildirilən “kölgə donanması” ilə bağlı narahatlıqları da gündəmə gətirib.
KSE Institute-un məlumatına görə, Rusiya 2026-cı ilin iyulunda neft ixracı üçün 268 tankerindən istifadə edib. Onlardan 150-si, yəni 56 faizi “kölgə donanması”na daxil olub.
“Gizli donanma” ifadəsi əsasən Rusiyanın neftinə tətbiq edilən Qərb sanksiyalarından və G7-nin qiymət tavanından yayınmaq üçün istifadə olunan tanker şəbəkəsinə aid edilir. Bu gəmilərin bir hissəsi mürəkkəb şirkət strukturları vasitəsilə idarə olunur, sahibliyi və bayrağı tez-tez dəyişdirilir.
İddialar hələ təsdiqlənməyib
Qeyd edək ki, MKİ-nin sözügedən xəbərdarlığı və Rusiyanın belə bir əməliyyat hazırladığı barədə iddialar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
İtaliya mətbuatında yayılan məlumatlarda da ölkəyə bu məsələ ilə bağlı hər hansı əməliyyat və ya diplomatik səviyyədə xəbərdarlığın daxil olmadığına dair mənbələrə istinad edilib.
Könül
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ