İnsanlara hürriyət, millətlərə istiqlal!

Milan "mühasirədə": Vens 14 təyyarə və 100 maşınlıq kortejlə Olimpiadaya gəldi

Bu gün İtaliyanın Milan şəhərində start götürən Qış Olimpiya Oyunlarında ABŞ-ı vitse-prezident Cey Di Vens təmsil edir.

Musavat.com xəbər verir ki, vitse-prezidentin Milan səfəri logistik miqyasına görə tarixi rekordları yeniləyib.

Yerli medianın yaydığı məlumata görə, ABŞ nümayəndə heyətinin daşınması üçün eyni vaxtda 14 təyyarə istifadə olunub. Səfərin detalları isə heyrət doğurur:

Xüsusi təchizat: Təyyarələrdən biri yalnız nümayəndə heyəti üçün ABŞ-dan gətirilən ərzaq məhsullarını, ikisi isə vitse-prezidentin istifadə edəcəyi zirehli avtomobilləri daşıyıb.

Canlı qüvvə: Qalan 11 təyyarə ilə yüzlərlə əməkdaş, xüsusi mühafizə xidmətinin üzvləri və rəsmi müşayiət qrupu Milana gəlib.

Yol hərəkəti: Vensin şəhər daxilində hərəkəti üçün 100-ə yaxın avtomobildən ibarət nəhəng kortej formalaşdırılıb.

Sheraton oteli "Ağ Ev"in filialına çevrilib

Cey Di Vens və onunla birlikdə Milana gələn dövlət katibi Marko Rubio şəhərin məşhur "Sheraton" otelində məskunlaşıblar. Otelin ətrafında fövqəladə təhlükəsizlik tədbirləri görülüb, ABŞ xüsusi xidmət orqanları binanı tam nəzarətə götürüblər.

Diplomatik mesaj, yoxsa güvən nümayişi?

Ekspertlər bu qədər böyük heyətlə səfəri ABŞ-ın Avropadakı müttəfiqlərinə və dünyaya "güc nümayişi" kimi qiymətləndirirlər. Eyni zamanda, Vensin Milandan dərhal sonra fevralın 9-da İrəvana, daha sonra isə Bakıya keçəcəyi gözlənilir. Milandakı bu nəhəng kortejin və logistik bazanın bir hissəsinin məhz Cənubi Qafqaz səfəri üçün hazırlıq məqsədi daşıdığı iddia edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR