İnsanlara hürriyət, millətlərə istiqlal!

Messi Amerika kubokuna gedir – HEYƏT

Argentina millisinin Amerika kuboku üçün heyəti açıqlanıb.

Musavat.com İdman.biz-ə istinadən xəbər verir ki, baş məşqçi Lionel Skaloni yarışda güvənəcəyi 24 futbolçunu müəyyənləşdirib.

Lionel Messi və Anxel Di Maria da “albiselesta”nın heyətində yer alıblar.

Qapıçılar: Franko Armani (“River Pleyt”), Valter Benitez (PSV, Niderland), Emilyano Martinez (“Aston Villa”, İngiltərə);

Müdafiəçilər: Nehuen Perez (“Udineze”, İtaliya), Nikolas Taqliafiko (“Lion”, Fransa), Nauel Molina (“Atletiko”, İspaniya), German Pezelya (“Betis”, İspaniya), Kristian Romero (“Tottenhem”, İngiltərə), Nikolas Otamendi (“Benfika”, Portuqaliya), Nikolas Valentini (“Boka Xunyors”), Valentin Barko (“Brayton”, İngiltərə);

Yarımmüdafiəçilər: Leandro Paredes (“Roma”, İtaliya), Rodriqo De Paul (“Atletiko”, İspaniya), Enzo Fernandez (“Çelsi”, İngiltərə), Fakundo Buonanotte (“Brayton”, İngiltərə), Covani Lo Selso (“Tottenhem”, İngiltərə), Quido Rodriges (“Betis”, İspaniya), Aleks Mak Alister (“Liverpul”, İngiltərə), Valentin Karboni (“Monza”, İtaliya)

Hücumçular: Xulian Alvarez (“Mançester Siti”, İngiltərə), Anxel Di Mariya (“Benfika”, Portuqaliya), Nikolas Qonzales (“Fiorentina”, İtaliya), Alexandro Qarnaço (“Mançester Yunayted”, İngiltərə), Lautaro Martinez (“İnter”, İtaliya).

Qeyd edək ki, Amerika kuboku iyunun 20-dən iyulun 14-ə kimi ABŞ-da keçiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR