Onlayn ictimai-siyasi qəzet
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının komandanlarından biri, general Hacı Əli İqbalpur İraqda "Həşd əş-Şəbi" qruplaşmasının bazalarına endirilən son zərbələr zamanı öldürülüb.
Musavat.com xəbər verir ki, bu barədə sosial mediada məlumatlar yayılıb.
Məlumata görə, hücum zamanı İqbalpurla birlikdə SEPAH-ın daha dörd yüksək rütbəli zabiti də həlak olub.
General İqbalpur İraqın şimalı və Kərkük bölgəsində Qüds qanadının fəaliyyətinin əlaqələndirilməsinə birbaşa cavabdeh şəxs olub.
Lakin hələlik İran rəsmiləri və ya SEPAH komandanlığı tərəfindən generalın ölümü ilə bağlı məlumat rəsmi şəkildə təsdiqlənməyib.
Musavat.com
01 Avqust 2026
31 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ