Onlayn ictimai-siyasi qəzet
Məşhur aktyor Ufuk Özkanın qaraciyər çatışmazlığı səbəbindən həyata keçirilən orqan nəqli əməliyyatı uğurla başa çatıb.
Musavat.com xəbər verir ki, aktyor Ufuk Özkanın əməliyyatından sonra ilk paylaşım edilib. Bir müddətdir qaraciyər çatışmazlığından müalicə alan Özkanın orqan nəqli proqramı çərçivəsində həyata keçirilən əməliyyatın uğurla başa çatdığı bildirilib.
Həyatı təhlükəsi olan əməliyyatın təxminən 11 saat davam etdiyi öyrənilib. Əməliyyatdan sonra açıqlama verən Dosent Dr. Cenk Şimşek xəstənin reanimasiyaya aparıldığını bildirərək "İndi xəstəmizi reanimasiyaya aparırıq. Önümüzdəki dövrdə onu yaxından izləməyə davam edəcəyik. Hazırda heç bir mənfi inkişaf yoxdur"-deyə qeyd edib.
Əməliyyatda donorun əvvəllər eyni layihə üzərində birlikdə işlədiyi Ufuk Özkanın dostu Salih Kıvırcık olduğu bildirilib. Kıvırcık əməliyyatdan sonra sosial media hesabında xəstəxana otağından bir şəkil də paylaşıb. Paylaşımında "11 saatlıq əməliyyatımız bitdi. İndi bizi çətin bir proses gözləyir" qeydini də əlavə edib.
Könül
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ