Onlayn ictimai-siyasi qəzet
Niderlandda futbol matçından əvvəl təşkil edilən paraşüt şousu gözlənilməz hadisə ilə nəticələnib.
Musavat.com xəbər verir ki, paraşütçü plan üzrə stadionun meydançasına effektli eniş etməli idi. Lakin eniş zamanı hədəfi tuta bilməyən idmançı meydanın kənarındakı reklam lövhəsinə sərt şəkildə çırpılıb.
Toqquşmanın güclü olmasına baxmayaraq, paraşütçü ciddi xəsarət almayıb. O, hadisədən sonra ayağa qalxaraq tərəfdarları coşdurub.
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ