İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask rekord vergi ödənişi ilə IRS kompüterini sıradan çıxardığını iddia edib

Amerikalı milyarder İlon Mask rekord qıran vergi ödənişinin IRS sistemini necə sıradan çıxardığını açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, amerikalı sahibkar bu hekayəni sosial media saytında X-də paylaşaraq varlı ABŞ vətəndaşlarının həddindən artıq yüksək vergi ödəmələri iddiasına münasibət bildirib. Mask qeyd edib ki, onun vergi ödənişi o qədər böyük olub ki, sistem məlumatları emal edə bilmir və bu da IRS-i proqram təminatını yeniləməyə məcbur edib.
2021-ci ilin əvvəlində o, 11 milyard dollardan çox vergi borcu olduğunu iddia etmişdi. CNBC bu məbləğin 12 milyard dollara çata biləcəyini və bu məbləğin ölkə tarixində ən böyük məbləğlərdən birinə çevriləcəyini təxmin etdi.

Buna baxmayaraq, 2025-ci ildə “The New York Times” qəzeti Mask tərəfindən qurulan “SpaceX” şirkətinin illər ərzində çoxmilyardlı dövlət müqavilələri qazandığını, eyni zamanda minimal və ya heç bir gəlir vergisi ödəmədiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR