Onlayn ictimai-siyasi qəzet
Qubada müşahidə olunan leysan yağışları bir sıra fərdi yaşayış evlərinə ziyan vurub.
Həyətlərə, zirzəmilərə sel suları dolub. Rayonun Amsarqışlaq kəndində isə Tərlan Haktariyə məxsus yaşayış evinin divarları uçub, ev demək olar ki, yararsız vəziyyətə düşüb.
"Su evi uçurub apardı. 70-80 min manat civarında ziyan dəyib", - zərərçəkən Nurlan Haktari deyib.
Quba Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, yerli bələdiyyənin köməyi ilə sözügedən ərazidə suların çəkilməsi davam etdirilir:
"Zərər dəymiş təsərrüfatlara baş çəkərək onları aktlaşdırırıq, müvafiq olaraq aidiyyəti üzrə yönləndiririk".
Ətraflı Baku TV-nin süjetində:
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ