Onlayn ictimai-siyasi qəzet
Lənkəran və Masallıda canavarlar kəndlərə hücum çəkir.
Bir neçə gündür ki, canavarlar kənd əhalisində qorxuya səbəb olub.
Canavarlar əsasən Lənkəran rayonunun Zövlə və Masallı rayonunun Mollon, eləcə də Mahmudavar kəndlərində mal-qaraya, atlara hücum çəkib, bəzilərini parçalayıblar.
Sakinlər deyir ki, valideynlər artıq övladlarını məktəbə göndərməyə qorxur. Onlar məcbur qalıb əllərinə balta, yaba, dəryaz götürərək canavarları kəndlərdən uzaqlaşdırmağa çalışırlar.
Qeyd edək ki, canavarların heyvanlara hücum çəkib parçalaması nəticəsində, vətəndaşlara küllü miqdarda ziyan dəyib.
Sakinlər aidiyyəti qurumlardan canavarların kəndlərdən uzaqlaşdırılmasında onlara köməklik göstərməsini xahiş edirlər. (APA)
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ