İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovun kürəkəni Rusiyanın ərzaq nəhənginə çevrildi – Dövlət pulları ilə bağlı İDDİA

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun kürəkəni Aleksandr Vinokurovun ölkənin ərzaq pərakəndə satış sektorunun ən böyük özəl sahiblərindən birinə çevrilməsi ilə bağlı araşdırma yayılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Insider” məlumat yayıb. Araşdırmaya görə, Kembricdə təhsil almış Vinokurovun biznes karyerasında ciddi yüksəliş onun 2008-ci ildə Lavrovun qızı ilə evlənməsindən sonrakı dövrə təsadüf edib.

“The Insider” yazır ki, Vinokurov hazırda Rusiyanın nəhəng “Magnit” pərakəndə satış şəbəkəsində ən böyük özəl paya sahibdir. “Magnit” vasitəsilə “Diksi”, “Azbuka Vkusa” və “Samberi” kimi iri şəbəkələrdə də əhəmiyyətli paylar əldə edilib. Nəticədə Vinokurov Rusiyanın ərzaq pərakəndə sektorunun ən mühüm özəl benefisiarlarından birinə çevrilib.

Araşdırmada onun kapitalının formalaşmasında dövlət vəsaitlərinin mühüm rol oynadığı iddia edilir. Bildirilir ki, “Magnit”in əsas səhm paketləri dövlətə bağlı VTB bankından alınıb və bank həmin sövdələşmələrdə eyni zamanda həm satıcı, həm də kreditor qismində çıxış edib.

“The Insider” daha bir diqqətçəkən iddia irəli sürür. Araşdırmaya görə, Ukraynada genişmiqyaslı müharibə başladıqdan sonra “Magnit”in nəzarətində olan “Logistik Alternativa” şirkəti ABŞ və Yeni Zelandiyanın embarqolarından yan keçərək Rusiyaya “Jack Daniel’s”, “Jim Beam” və Yeni Zelandiya şərablarının tədarükünü davam etdirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR