Onlayn ictimai-siyasi qəzet
Kürd terrorçu Suriya Demokratik Qüvvələri (SDQ) koalisiyası bu gün Hələbin şərqində yerləşən qüvvələrini geri çəkəcək.
Musavat.com xəbər verir ki, məlumatı SDF komandiri Məzlum Abdi açıqlayıb: “Qüvvələrimizi sabah saat 7:00-da Hələbin şərqindəki iki gündür atəş altında olan cəbhə xəttindən çıxarmaq qərarına gəldik. O, iddia edib ki, qərar “dost ölkələrin və vasitəçilərin” çağırışlarına cavab olaraq və “inteqrasiya prosesində xoşməramlılığın nümayişi və 10 mart sazişinin şərtlərini yerinə yetirmək öhdəliyi kimi” verilib.
Qeyd edək ki, yanvarın 13-də Suriya silahlı qüvvələri Hələbin şərqindəki ərazini qapalı hərbi zona elan edib və separatçı kürdlərin şəhərin kənarlarından dron zərbələri üçün istifadə etdiklərini açıqlayıb. Yanvarın əvvəlində həmin ərazidən yaşayış məntəqələrinə, Suriya ordusunun postlarına və daxili təhlükəsizlik qüvvələrinə zərbələr endirilib.
Musavat.com
30 Iyul 2026
02:59 FİFA ilə UEFA arasında tarixi qarşıdurma – Dünya çempionatı uğrunda 20 milyard dollarlıq savaş
29 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ