İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən TƏCİLİ AÇIQLAMA: Putin görüşə HAZIRDIR

Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla yeni təkbətək görüş keçirməyə hazırdır, lakin hələlik bununla bağlı konkret müddət müəyyənləşdirilməyib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bəyanat verib.

Onun sözlərinə görə, hazırda yüksək səviyyəli görüşlərlə bağlı "heç bir konkretlik" yoxdur. Bununla yanaşı, Peskov eyni zamanda Putinin Rusiya-ABŞ təmaslarına açıq olduğunu diqqətə çatdırıb.

Kremlin nümayəndəsi liderlərin dialoq formatına da toxunub:

"Prezidentlər Putin və Tramp həqiqətən də telefon danışıqlarında zərurət yarandıqda zamanla növbəti görüşü keçirməyə hazır olduqlarını hər zaman vurğulayırlar".

Musavat.com

Attachment

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR