İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml şərti açıqladı: Putin–Zelenski görüşü yalnız burada mümkündür

Rusiya və Ukrayna liderləri arasında mümkün təmasların formatı ilə bağlı Moskvanın mövqeyi dəyişməz qalır.

Musavat.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib: Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə yalnız Rusiyanın paytaxtı Moskvada görüşməyə hazırdır. Neytral ərazidə danışıqlar variantı istisna olunur.

Peskovun sözlərinə görə, bu mövqe ardıcıldır və əvvəlki açıqlamalarla ziddiyyət təşkil etmir. Kreml mümkün görüşün yeri və formatı ilə bağlı prinsipial dəyişiklik etmədiyini vurğulayır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR