İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolumbiya Qolan təpələrini İsrail ərazisi kimi tanıdı

Kolumbiya Qolan təpələri üzərində İsrailin suverenliyini tanıdı

Musavat.com xəbər verir ki, Kolumbiya rəsmi olaraq Qolan təpələri üzərində İsrailin suverenliyini tanıdığını bəyan edib. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Boqota administrasiyasından bildirilib ki, bu qərar regiondakı mövcud qeyri-sabitlik və sözügedən ərazinin İsrailin təhlükəsizliyi üçün daşıdığı strateji əhəmiyyətlə bağlıdır.

Bununla belə, Kolumbiya tərəfi Yaxın Şərqdə sabit və uzunmüddətli sülhün bərqərar olunması öhdəliyinə sadiq qaldığını da diqqətə çatdırıb. 

photo_2026-08-10_21-24-00.jpg (58 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR