Onlayn ictimai-siyasi qəzet
Türkiyədə sosial media paylaşımı ilə bağlı diqqət çəkən məhkəmə qərarı qüvvəyə minib.
Musavat.com xəbər verir ki, Ali Məhkəmə işdən ayrılan keçmiş əməkdaşının fotosunu onun sosial şəbəkə hesabından götürərək öz səhifəsində paylaşan işəgötürənə verilmiş cəzanı təsdiqləyib.
Araşdırma zamanı məlum olub ki, işçi guya şantaj məqsədilə pul tələb edib. Lakin məhkəmə qeyd edib ki, belə iddia işəgötürənə şəxsi məlumatı yaymaq hüququ vermir və foto paylaşılması “şəxsi məlumatları qanunsuz olaraq vermə və ələ keçirmə” cinayəti sayılır.
Nəticədə müdür barəsində çıxarılan 10 ay həbs cəzası qüvvədə saxlanılıb. Qərarda xüsusilə vurğulanıb ki, sosial mediada açıq yerləşdirilən foto belə, sahibinin icazəsi olmadan başqa hesabdan paylaşılarsa cinayət məsuliyyəti yaradır.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ