Onlayn ictimai-siyasi qəzet
Ermənistanda keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku parlament mandatlarını qəbul edəcəyini və mübarizəni qanunverici orqanda davam etdirəcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, blok bununla bağlı Konstitusiya Məhkəməsinin qərarından sonra xüsusi bəyanat yayıb.
Bəyanatda iddia olunur ki, Konstitusiya Məhkəməsinin qərarı seçkilərdə baş verdiyi iddia olunan saxtakarlıqları aradan qaldırmayıb və yeni formalaşacaq hakimiyyətə legitimlik qazandırmayıb.
Bununla belə, Köçəryanın bloku parlament mandatlarından imtina etməyəcəyini bəyan edib.
Revanşist blok parlamentdə fəaliyyətinin əsas istiqamətləri kimi Ermənistan Konstitusiyasına dəyişikliklərin qarşısını almağı, Erməni Apostol Kilsəsini müdafiə etməyi, "siyasi məhbuslar" və Bakıda həbsdə olan erməni terrorçularının müdafiəsini, eləcə də hazırkı hakimiyyətin devrilməsini göstərib.
Musavat.com
13 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ